Siyasət

XİN: “Ermənistanın ölkəmizdə mina basdırması problemi bu il 12 beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb”

Sharing is caring!

Ermənistanda 2021-ci ildə istehsal olunmuş minaların Azərbaycana gətirilməsi və burada basdırılmasından irəli gələn problemlər 12 beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.

Oxu.Az xəbər verir ki, bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin 2022-ci ilin yekunlarına dair məlumatında yer alıb.

Qeyd edilib ki, minalardan əziyyət çəkən ölkə kimi Azərbaycan minaların sülhə və təhlükəsizliyə təhdid törətməsi, insan haqlarını pozması və sosial-iqtisadi inkişafa maneə yaratması və ölkəmizin üzləşdiyi mina probleminin aradan qaldırılması üçün aparılan genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları barədə beynəlxalq səviyyədə məlumatlandırma işini davam etdirib.

“Müharibədən sonra mina qurbanı olan şəxslərin sayı 276 nəfərə çatıb, bunlardan 46 nəfər həlak olub. Bununla yanaşı, Ermənistanda 2021-ci ildə istehsal olunmuş minaların Azərbaycana gətirilməsi və burada basdırılmasından irəli gələn problemlər 12 beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Ölkəmizin üzləşdiyi mina probleminə görə Ermənistanın daşıdığı hüquqi və siyasi məsuliyyətin işıqlandırılması və humanitar minatəmizləmə əməliyyatlarına beynəlxalq yardımın cəlb edilməsi prioritet vəzifələr kimi qarşıya qoyulub. Azərbaycan tərəfi “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyata yığılmasının, istehsalının və daşınmasının qadağan edilməsi və onların məhv edilməsi üzrə Konvensiya” daxil olmaqla müvafiq beynəlxalq formatlarda diplomatik fəallıq göstərib. Bundan başqa, il ərzində BMT, Avropa İttifaqı, NATO daxil olmaqla beynəlxalq təşkilatlarla və bir sıra ölkələrlə Azərbaycanda mina probleminin aradan qaldırılması üzrə əməkdaşlıq yolları barədə dialoq aparıb”, – XİN-dən bildirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir