Siyasət

Erməni separatçılardan növbəti təxribat: “Alternativ yol” ümidi ilə əraziyə texnika cəlb etdilər

Sharing is caring!

Qarabağdakı erməni separatçıları növbəti dəfə təxribata əl atıblar. Belə ki, Laçın yolunun açıq olmasına baxmayaraq, bu yoldan məqsədli şəkildə istifadə etməyən, azərbaycanlı dinc aksiyaçıların haqlı etirazlarına kölgə salmaq, beynəlxalq ictimaiyyət qarşısında növbəti dəfə “məzlum” obrazı yaratmaq istəyən separatçılar alternativ yol axtarışına çıxıblar.

Bu barədə isə Ermənistan mətbuatı yazıb. 

Məlumata görə, Gorus-Xankəndi yolunun azərbaycanlıların dinc etiraz aksiyası təşkil etdikləri hissəsinə paralel torpaq yol keçir. Erməni separatçıları isə həmin yolda təxribata cəhd göstəriblər. Belə ki, onlar sözügedən yolu hamarlayaraq, gediş-gəliş üçün uyğun vəziyyətə gətirməyə çalışıblar. Hətta bu məqsədlə əraziyə texnika belə cəlb ediblər.

Lakin sülhməramlılar erməni separatçıların bu addımına imkan verməyiblər. Əraziyə gələn sülhməramlı kontingent üzvləri separatçıların “alternativ yol” salmasına imkan verməyiblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir