Siyasət

Milli maraqlara söykənən sənəd

Sharing is caring!

          Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışına dair I Dövlət Proqramı” Azərbaycanın yeni inkişaf yolunun təməlini təşkil edir.

          Qeyd edək ki,  dünya sürətlə dəyişir. Məhz bu mərhələdə qarşıda duran ən ümdə vəzifələri müəyyənləşdirmək zərurəti yaranmışdır.  Odur ki, buna uyğun adekvat addımlar atmağın zəruri olduğunu vurğulamağa ehtiyac yoxdur. Bu mənada Dövlət Prioqramı xüsusi əhəmiyyət kəsb edir. Bütövlükdə, 2026-cı ilə qədər həyata keçiriləcək planlar dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatı, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyəti formalaşdıracaq, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı yaranacaq, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış baş tutacaq və Azərbaycan təmiz ətraf mühit, “yaşıl artım” ölkəsinə çevriləcək.

         Dövrümüz üçün çox mühüm əhəmiyyəti olan bu sənəddən görünür ki,  milli maraqlar və strateji planlamanın vəhdəti, ölkəmizin yeni siyasi-iqtisadi reallığı, iqtisadi tərəqqinin regionun inkişafını və xalqın rifahını təmin etməsi milli prioritetlərin mütləq üstünlüyüdür. Müxtəlif qlobal məsələlər, rəqabətqabiliyyətli iqtisadiyyat, ədalətli cəmiyyət, müasir innovasiyalar, böyük qayıdış və təmiz ətraf mühit bu gün dövlətin idarə olunmasında strategiyanın əsas hədəflərindəndir. Sözügedən strateji idarəetmə metodu, eyni zamanda ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edir. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi vasitəsilə əhalinin, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı ərazilərin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir.

       Biz bu sənədin qəbul edilməsini ürəkdən alqışlayırıq. Belə hesab edirik ki,  yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amil olduğundan iqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin olunacaq. Növbəti illərdə ölkənin sosial-iqtisadi inkişafında müəyyən olunmuş beş milli prioritetinin qorunması və reallaşdırılmasına xidmət etmək Azərbaycanda yaşayan hər bir şəxsin vətəndaşlıq vəzifəsi olmalıdır. Çünki reallaşdırılacaq iqtisadi islahatlar vətəndaşların sosial rifahını təmin edəcək, həmçinin inkişafdan hər bir vətəndaş bəhrələnəcək. Şübhə yeri qalmır ki, Prezidentin Sərəncamı ilə təsdiq olunmuş Birinci Proqram dövlətin, cəmiyyətin və fərdlərin inkişafına xidmət edəcək.

Mais Məmmədov,

Cəlilabad rayon Zopun kənd

 tam orta məktəbin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir