Siyasət

Həmid Həmidov: “Azərbaycan vətəndaşlarının Azərbaycan ərazisindəki obyektlərə buraxılmaması absurddur” – VİDEO

Sharing is caring!

“Bu aksiya yalnız bir nəticəyə gətirib çıxarmalıdır: Azərbaycanlı ekoloqlar qanunsuz hasilatla bağlı monitorinqlər aparmaq üçün mədənlərə buraxılmalıdırlar”.

Bunu CBC telekanalının efirində “Global Media Group”un media direktoru Həmid Həmidov bildirib.

O, vurğulayıb ki, məsələnin digər həll variantı mövcud deyil.

“Azərbaycanlı ekoloqlar ölkəmizin öz ərazisində yerləşən obyektlərə buraxılmalıdırlar. Çünki, Azərbaycan vətəndaşlarının Azərbaycan ərazisində olan obyektlərə daxil ola bilməməsi və orada lazımi yoxlamaları aparmaq imkanından məhrum edilməsi sadəcə absurddur. Hazırda onların yolunu, sülhməramlılar belə olsa, faktiki olaraq üçüncü ölkənin ordusu kəsib ki, bu da yolverilməz haldır”, – deyə jurnalist bəyan edib.

H.Həmidov əlavə edib ki, ekoloqlarımız həmin mədənlərə nə qədər tez buraxılsalar, oradakı vəziyyəti də bir o qədər tez qiymətləndirmək mümkün olacaq.

Daha ətraflı CBC-nin videomaterialında:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir