Siyasət

Azərbaycan könüllüləri Ulu Öndər Heydər Əliyevi yad ediblər – FOTO

Sharing is caring!

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Azərbaycan könüllülərinin iştirakı ilə Fəxri Xiyabana yürüş təşkil olunub.

Oxu.Az xəbər verir ki, yürüşdə yüzlərlə Azərbaycan könüllüsü və könüllü təşkilatlarının rəhbərləri iştirak ediblər.

Ulu Öndəri böyük sevgi və dərin hörmətlə yad edən Azərbaycan könüllüləri Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq liderin məzarı üzərinə çiçəklər düzüblər.

Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılmasının müəllifi olan Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev daim Azərbaycanın gələcəyi haqqında düşünür, gənc nəslin inkişafına davamlı qayğı göstərirdi.

Bunun nəticəsidir ki, könüllülər, memarı Ulu Öndər Heydər Əliyev olan müasir Azərbaycanın qalib gəncləri olduqları ilə iftixar hissi keçirir, dövlət rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğını yüksək dəyərləndirirlər.

Bununla yanaşı, könüllülərimiz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsində, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesində səfərbər olduqlarını daim öz fəaliyyətləri ilə nümayiş etdirirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir