Siyasət

Millət vəkili: “Fransa söhbətə “fransız” qalıb” – VİDEO

Sharing is caring!

“Fransanın qətnamələri təəccüb hissi doğurmur. Çünki 44 günlük Vətən müharibəsində də Fransa Ermənistana açıq şəkildə dəstək verdi”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Nurlan Həsənov deyib.

O qeyd edib ki, Fransa Cənubi Qafqazda sülh prosesini pozmağı hədəfləyir.

“Söhbətə fransız qalmaq”, – deyə bir deyim var. Bu qətiyyən etnik mənsubiyyətə deyil, mənəviyyata bağlı bir deyimdir. Fransanın qərəzli qətnamələri, Vətən müharibəsi dövründə etdikləri onu Cənubi Qafqaz, Qarabağ, Azərbaycan-Ermənistan münasibətləri mövzularında söhbətə “fransız” qalmaq vəziyyətinə gətirir”, – deyə millət vəkili əlavə edib.

Ətraflı videonu təqdim edirik:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir