Siyasət

İlham Əliyev SDU-nun əməkdaşlarını təltif etdi

Sharing is caring!

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Dövlət Universitetinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

Bu barədə Prezident.az məlumat yayıb.

Qərara əsasən Sumqayıt Dövlət Universitetinin (SDU) 60 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Sumqayıt Dövlət Universitetinin əməkdaşları Feyziyev Fikrət Güləli oğlu və Zərbəliyev Məhəmmədəli Məzahir oğluna “Əməkdar müəllim” fəxri adı verilib.

Dövlət başçısı həmçinin Sumqayıt Dövlət Universiteti əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Qərara əsasən, Xəlilov Elmar Şirinbala oğlu, İsayev Əmirxan İsmayıl oğlu, Mahmudova Lalə Fəqail qızı, Məhərrəmova Sona Səbəddin qızı, Məmmədov Ceyhun Həsən oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir