Siyasət

Fransa Senatı Azərbaycana qarşı qətnamə qəbul edib – FOTO

Sharing is caring!

Fransa Senatı hökuməti qondarma “Artsax Respublikası”nın müstəqilliyini tanımağa və Azərbaycan rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib.

Sənədin lehinə 295, əleyhinə isə cəmi 1 senator səs verib.

“Biz Fransa hökumətini avropalı müttəfiqləri ilə birlikdə Azərbaycanın yeni hücumlarına ən güclü və adekvat cavab vasitələrini, o cümlədən Azərbaycan siyasi liderlərinin əmlaklarının müsadirə edilməsi, eləcə də Azərbaycan qazının və neftinin idxalına dair qadağanın tətbiqi imkanlarını nəzərdən keçirməyə çağırırıq”, – sənəddə deyilir.

Qeyd edək ki, qətnamə tövsiyə xarakteri daşıyır və hüquqi qüvvəyə malik deyil.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir