Siyasət

Türkiyədə QHT-lər Fransanın Azərbaycanla bağlı mövqeyinə etiraz aksiyası keçirəcək – FOTO

Sharing is caring!

Türkiyədə QHT-lər Fransanın Azərbaycanla bağlı mövqeyinə etiraz olaraq Fransa səfirliyi qarşısında aksiya keçirəcək.

Bu barədə Türkiyə Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti Aygün Attar öz “Twitter” hesabında məlumat verib.

“Fransanın Azərbaycana qarşı sonsuz ritorikalarını aksiyaya çevirmək cəhdinə cavab olaraq Fransanın Ankaradakı səfirliyi qarşısında ölkəmizdəki QHT-lərin böyük etiraz aksiyası keçiriləcək.

Aksiya Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbərliyi ilə noyabrın ilk həftəsində baş tutacaq”, – deyə o bildirib.

Aygün Attar qeyd edib ki, aksiyada Fransanın anti-Azərbaycan və Türkiyə mövqeyinə etiraz ediləcək.

“Əgər Fransa öz mövqeyində israr edərsə, ikinci addımımız fransız mallarını boykot etməyə çağırış olacaq”, – deyə o vurğulayıb.

 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir