Siyasət

Zahid Orucdan Təklif: “Azərbaycana qarşı edilən cinayətlərə görə cəza mexanizmləri yaradılsın”

Sharing is caring!

“Ermənilərin Azərbaycan xalqına qarşı cinayətlərinin külliyyatını videoçarxlara, kitablara sığdırmaq mümkün deyil!” 

Oxu.Az-ın məlumatına əsasən, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda bildirib. 

Zahid Oruc qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi Nürnberq prosesini xatırlatdı. “Azərbaycan Ordusu 44 günlük müharibə ilə BMT-nin imicini xilas etdi”, – deyə o əlavə edib. 

Zahid Oruc deyib ki, son zamanlar Azərbaycan əsgərlərinin guya erməni hərbçilərə qarşı cinayət törətməsi videolarının yayılması Azərbaycanın qələbəsinə kölgə salmaq məqsədi daşıyırdı. Sosial Tədqiqatlar Mərkəzinin sədri söyləyib ki, bu günə qədər Ermənistanın Azərbaycana qarşı cinayətlərə, Edillidə, Fərruxda tapılan kütləvi məzarlıqlarla bağlı beynəlxalq hüquqi qiymət verilməyib.

“Hələ də Xocalı qatilləri olan Sarqsyan, Koçaryan mühakimə edilməyib. Hələ də Fərruxda, Edillidə tapılan kütləvi məzarlıqlara dair beynəlxalq hüquqi qiymətini tapmayıb. Təklif edirik ki, Azərbaycana qarşı edilən cinayətlərə görə cəza mexanizmləri yaradılsın. Həmçinin biz, Azərbaycanın yanında olan, mövqeyimizi dəstəkləyən beynəlxalq fiqurlara dəstək olmalıyıq”,-deyə Zahid Oruc bildirib. 

Zahid Orucun fikrincə, hazırda Azərbaycana, onun ordusuna qarşı kampaniya aparılır. O bildirib ki, Ermənistanın cinayətkar generalları cəzalandırılmalıdır. 

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir