Siyasət

Yaşar Əliyev: “Azərbaycan regionda sabitliyin və inkişafın təşviqinə sadiqdir”

Sharing is caring!

Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasına, eləcə də regionda sabitliyin və inkişafın təşviqinə qətiyyətlə sadiqdir.

“Report” xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

Daimi nümayəndənin qeyd etdiyi kimi, Bakı regional nəqliyyat kommunikasiyalarının açılmasının və Cənubi Qafqazın çiçəklənməsinin tərəfdarıdır.

“Azərbaycanın mövqeyi beynəlxalq hüquq normalarına və qəbul edilmiş təcrübələrə əsaslanır”, – Y.Əliyev əlavə edib.

Eyni zamanda, Ermənistanın əldə olunmuş razılaşmaları yerinə yetirməmək cəhdləri bu ölkəni beynəlxalq öhdəlikləri pozan ölkəyə çevirir:

“Ermənistanın hər hansı bəyanat verməyə nə mənəvi, nə də hüquqi haqqı yoxdur”.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin hazırkı gərginləşməsi yeganə insident deyil, son bir neçə ay ərzində bir sıra erməni təxribatları zəncirinin həlqəsidir.

Daimi nümayəndə onu da qeyd edib ki, Ermənistan Azərbaycan ərazisinə minaları yerləşdirməkdə davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir