Siyasət

Eldar Əzizov güclü yağışla əlaqədar TAPŞIRIQ VERDİ

Hazırda paytaxtda müşahidə edilən güclü yağış səbəbilə Bakı Şəhər İcra Hakimiyyəti gücləndirilmiş rejimdə çalışır.

XəbərAl.az xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib.

İ.Kərimovun sözlərinə görə, hava şəraitinin dəyişəcəyilə bağlı bütün rayon İcra hakimiyyətləri məlumatlandırılıb:

“Hazırda bütün təsərrüfat birlikləri və İcra Hakimiyyətləri iş başındadır. Rəhbərlik və bütün qurumlar bazar günü olmasına baxmayaraq, işləyir. İcra başçısı Eldar Əzizov vəziyyətin nəzarətdə saxlanması üçün lazımi tapşırıqları verib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir