Siyasət

Sadəcə pıçıldayıram: ayıb olsun! – Amaşov

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov sosial şəbəkədə ona ünvanlanan tənqidlərə cavab verib.

Axar.az xəbər verir ki, Şura sədri ona böhtan atıldığını deyib:

“Özünü İrəvan TV adlandıran birisi status paylaşıb. Guya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İrəvanda keçirilən 52-ci plenar sessiyasında Azərbaycanın bayrağı düzgün qoyulmayıb və mən də onu düzəltməmişəm. Böhtandır, iftiradır, təqdim edilən şəkil montajdır!

Həmin şəxs bilmir ki, mən hansı beynəlxalq tədbirə yollanıramsa, özümlə bir bayraq da götürürəm (Bilmək olmaz, təşkilatçı tərəf bizim bayrağımızı tapmaqda çətinlik çəkə bilər). Hər dəfə iclas salonuna daxil olanda bayrağımızın harada, necə yerləşdirilməsini müşahidə edirəm.

Yeri gələndə onun şəklini də çəkirəm. İrəvanda da belə oldu. Aşağıda təqdim etdiyim 1-ci şəkil iclas başlamamışdan əvvəl çəkilib. Üç rəngli möhtəşəm bayrağımız vüqarla dayanır. 2-ci şəkil QDİƏT Parlament Assambleyasının saytından götürülüb (http://www.pabsec.org/news-details.asp?id=495&hl=en). 3-cü şəkil iclasın gedişində lentə alınıb. Sonuncu şəkil isə montaj ediləndir. Nə deyəsən? Sadəcə pıçıldayıram: ayıb olsun!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir