Siyasət

Karantində deputatlar səsverməni elektron imzalarla həyata keçirəcək

Parlamentin bu gün keçirilən plenar iclasında “Milli Məclisin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanun layihəsinə dəyişiklik edilməsi məsələsinə baxılıb. 

XəbərAl.az xəbər verir ki, “Milli Məclisinin Daxili Nizamnaməsi”nin 3-cü maddəsinə aşağıdakı məzmunda səkkizinci hissə əlavə edilməsi təklif edilir:

“Karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar olaraq, Milli Məclisin Sədri Milli Məclisin iclaslarının, habelə Milli Məclisin komitə və komissiyalarının iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə qərar qəbul edir. Videokonfrans sistemi vasitəsilə keçirilən iclaslarda qeydiyyat və səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir