Siyasət

Ərdoğan Zəfər paradında çıxış edir – CANLI YAYIM

Sharing is caring!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Zəfər paradında çıxış edir.

Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilir.

XəbərAl.az vxəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak edirlər.

“Dəmir yumruq” əməliyyatında – Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edir.

Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi nəzərdə tutulur. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

Hərbi orkestr “Azərbaycan fanfarası”nı ifa edib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana raport verib.

Dövlət başçıları əsgərləri salamlayıblar.

Hərbi orkestr Azərbaycanın və Türkiyənin dövlət himnlərini ifa edib.

Bundan sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Prezident İlham Əliyev Zəfər paradında çıxış edir.

Azərbaycanın İkinci Qarabağ Müharibəsində qazandığı tarixi qələbəyə həsr olunmuş hərbi parad başlayıb.

Müzəffər Azərbaycan ordusunun 44 günlük zəfər yürüşünün məntiqi yekunu olan parad Bakının Azadlıq Meydanında keçirilir.

Zəfər paradını Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, iki ölkənin dövlət və hökumət üzvləri izləyir.

Paradda Azərbaycan ordusunun 3000 nəfərdən artıq şəxsi heyəti, 150-dək hərbi texnika, o cümlədən, silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də, hərbi gəmi və katerlər nümayiş etdirilir.

Vətən Müharibəsində müzəffər ordumuzun düşməndən qənimət kimi ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir