“Tesla” ABŞ-da 321 min avtomobilini arxa işığın nasazlığına görə geri çağırıb. Bu barədə şirkətin açıqlamasında deyilir. Elektromobillərdəki nasazlıqlar pulsuz aradan qaldırılacaq. Şirkət 2023 Model 3 və 2020-2023 Model Y üçün məsafədən proqram yeniləmələrini vəd edib. İddialara görə, işıqlar məhz proqram xətası səbəbindən yanmır. Mənbə: vesti.ru Xeberal.az
Rəqqasə Fatimə Fətəliyeva aparıcılığa başlayır. XəbərAl.az xəbər verir ki, sənətçi “Space” telekanalında işə başlayıb. Fatimə həftənin şənbə və bazar günü səhər proqramı ilə tamaşaçıların qarşısına çıxacaq.
Xətai Rayon Məhkəməsində oğurluq etməkdə təqsirləndirilən Samir Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. E-huquq.az-ın əldə etdiyi məlumata görə, hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, S.Vəliyevin təqsiri sübuta yetirilmədiyindən məhkəmə ona bəraət verib. Qeyd edək ki, ittihama görə, 1988-ci il təvəllüdlü S.Vəliyev 2022-ci ilin avqust ayında Bakı şəhəri, […]