Milyarder, “Twitter”in yeni sahibi İlon Mask öz işçilərinə ilk məktubunu göndərib. Məktubun məsafədən işin başa çatması ilə bağlı olduğu bildirilir. Bu barədə məktuba istinadən “Bloomberg” agentliyi məlumat yayıb. Qeyd edilib ki, işçilər həftədə ən azı 40 saat ofisdən işləyəcəklər. Yalnız Mask özü razılıq verdiyi istisna hallarda onlar məsafədən işləyə bilərlər. Xeberal.az
Zaqatalada transformator yanıb. APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarında rayonun Yuxarı Tala yaşayış məntəqəsinin Qaraxoba adlanan məhəlləsində 250 kilovatlıq transformatorda yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğının yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan […]
“Bu gün artıq heç kim üçün sirr deyil ki, İkinci Qarabağ müharibəsində dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı möhtəşəm hərbi-siyasi Qələbənin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatından irəli gələn vəzifələrin icrasında tərəflərin hər birinin üzərinə böyük məsuliyyət düşür və onlar öz missiyalarını yerinə yetirmək üçün tələb […]