Siyasət

Beynəlxalq müşahidəçi: “Azərbaycan xalqının sevinc içində seçkilərə gəldiyini görürük”

Sharing is caring!


“Biz bu gün Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi prosesini izləyirik. Hazırda seçki məntəqəsindəyik, seçki prosesi qanunvericiliyə uyğun şəkildə keçirilir”.

APA xəbər verir ki, bunu Özbəkistandan olan beynəlxalq seçki müşahidəçisi Xalmuxammed Paluanlyazov deyib.

Özbəkistandan olan beynəlxalq müşahidəçi qeyd edib ki, məntəqədə seçki prosesinin baş verməsi üçün bütün qaydalara əməl edilir.

“Seçicilər məntəqəyə gəlir, onlar seçici siyahısında adlarını aşkarladıqdan sonra müəyyən prosedurdan keçir, bülleteni götürərək səsvermə kabinələrinə keçirlər. Orada istədikləri namizədə səs verdikdən sonra bülleteni seçki qutusuna atırlar. Biz düşünürük ki, seçki prosesi normal şəkildə keçəcək. Azərbaycan xalqının sevinc içində, ölkənin gələcəyinə inam nümayiş etdirərək seçkiyə gəldiyini görürük. Biz Azərbaycan xalqının seçiminə hörmətlə yanaşırıq. Bizim xalqlarımız çox yaxın, doğmadırlar. Buna görə də seçki prosesinə bu cür yüksək səviyyəli hazırlığa görə, təşəkkür edirik”, – deyə Xalmuxammed Paluanlyazov vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir