Secme Xeberler

Usubov 4 polisi işdən çıxardı

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavinləri işdən çıxarılılb.

Report-un xəbərinə görə, şəxsi heyətlə iş üzrə köməkçi, rəis müavini polis polkovnik-leytenantı Ərşad Əhmədov, xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Əfqan Qurbanov, şöbənin cinayət axtarış bölməsinin rəisi, polis mayoru Anar Hüseynov və şöbənin kadrlar üzrə baş inspektoru, baş leytenant Firudin Ağayev tutduqları vəzifədən azad ediliblər.

İşdən çıxan rəis müavinləri və bölmə rəisi vəzifələrinə hələlik təyinat yoxdur.

Xatırladaq ki, bir müddət əvvəl Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Elçin Qasımov Tərtər RPŞ-yə rəis təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir