Sənaye və energetika

Prezident: ABŞ Azərbaycanın həyata keçirdiyi enerji layihələrini və digər layihələri daim dəstəkləyib

Sharing is caring!

ABŞ Azərbaycanın həyata keçirdiyi enerji layihələrini və digər layihələri daim dəstəkləyib. Lakin biz bu münasibətlərin daha da şaxələndirilməsini istərdik. Ticarət sahəsində daha sıx əməkdaşlıq etmək istərdik. Həmçinin müdafiə sənayesində də əməkdaşlıq edə bilərik.

XəbərAl.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə söyləyib.

Dövlətimizin başçısı deyib ki, Azərbaycan Ağ Evin yeni administrasiyası ilə yaxından işləyir, bizim təmaslarımız var: “ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri ilə telefon danışığım olub və bir çox məsələləri müzakirə etmişik”.

Ermənistanın Azərbaycanı təcavüzkar kimi qələmə verməyə çalışdığını qeyd edən Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin kağız üzərində qaldığını xatırladıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir