Sənaye və energetika

Azərbaycanda benzin istehsalı artıb – FOTO

Azərbaycanda yanvar-oktyabr aylarında 2 milyard 520,5 milyon manat dəyərində neft məhsulları istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu göstərici əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2,2 faiz azdır.

Ölkədə 2020-ci ilin 10 ayı ərzində 957,8 min ton avtomobil benzini, 1693,9 min ton dizel yanacağı istehsal edilib. Avtomobil benzininin istehsalı 1,1 faiz artıb, dizel yanacağının istehsalı isə 1,2 faiz azalıb.

Eləcə də, neft məhsullarından neft bitumunun istehsalı 46 faiz, sürtkü yağlarının istehsalı 9,1 faiz artıb, ağ neftin istehsalı 16,9 faiz, neft koksunun istehsalı 17,1 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 20,4 faiz, yanacaq mazutunun istehsalı 51,7 faiz azalıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir