Qərbi Afrika Ölkələri İqtisadi Birliyinə (ECOWAS) üzv dövlətlər Abdurahman Tçianinin rəhbərlik etdiyi Vətənin Qurtuluşu üzrə Milli Şuraya neytral yerdə görüşməyi təklif ediblər. Bunu ECOWAS-ın siyasət, sülh və təhlükəsizlik məsələləri üzrə komissarı Abdel-Fatau Musah “Al Jazeera” telekanalına müsahibəsində söyləyib. Komissarın sözlərinə görə, üsyançılardan devrilmiş Prezident Məhəmməd Bazumu azad etmələri də xahiş olunub. “Biz Nigerdə (böhranı həll […]
“Biz, aşağıda imzası olan vətəndaş cəmiyyəti təşkilatları birgə bəyanat verərək Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş minlərlə azərbaycanlı barədə təcili tədbirlər görülməsi üçün beynəlxalq ictimaiyyətə müraciət edirik”. Oxu.Az xəbər verir ki, bu barədə bir qrup xarici qeyri-hökumət təşkilatları beynəlxalq ictimaiyyətə müraciət edib. Müraciətdə bildirilib ki, yaranmış vəziyyət itkin düşmüş şəxslər probleminin həlli və […]
“İstənilən üzv dövlət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq hüququna malikdir”. Bu cümlə KTMT Nizamnaməsinin 19-cu maddəsində quruma daxil olan dövlətlərə tanınan hüquqdur. Nizamnaməyə əsasən, KTMT-ni tərk etmək istəyən ölkə öz öhdəliklərini həll etdikdən sonra qurumdan çıxacağı tarixdən altı ay əvvəl rəsmi bildiriş göndərməlidir. Ermənistandan verilən rəsmi açıqlamaların fasadını analiz etsək, belə qənaət yaranır ki, İrəvan […]