“Taliban” hərəkatı tərəfindən qadağa tətbiq edildikdən sonra Əfqanıstanda tiryək əkininin həcmi 95% azalıb. Bu məlumatı noyabrın 5-də BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi verib. Onların hesabatında qeyd olunur ki, 2022-ci ilin aprelində “Taliban” narkotik bitkilərin yetişdirilməsini qadağan edib və qanunu pozanları şəriət qanunlarına uyğun olaraq cəzalarla hədələyib. Nəticədə tiryək üçün ayrılan sahə 2023-cü ildə 233 min […]
Tayvan adasının Birləşmiş Millətlər Təşkilatında (BMT) öz təmsilçiliyi üçün heç bir hüquqi əsası yoxdur. Bunu çərşənbə axşamı keçirilən brifinqdə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi təmsilçisi Mao Nin deyib. “BMT-nin Baş Assambleyasının 2758 saylı qətnaməsi qəbul edildikdən sonra siyasi, hüquqi və prosessual baxımdan Çin Xalq Respublikasına (ÇXR) Tayvan adası da daxil olmaqla, bütün Çini təmsil […]
Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi üzrə keçirilən sınaq imtahanları davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Sınaq imtahanlarının növbəti günündə hərbi qulluqçuların sürücülük və atəş hazırlığı üzrə praktiki tapşırıqların yerinə yetirilməsi üzrə bacarıqları qiymətləndirilib. Hərbi qulluqçular zirehli döyüş texnikasının […]