Gündəm Ölkə

Məhərrəm Cəlilov : “Əlimə silah alıb döyüşə getməyə hər an hazıram!”

Sharing is caring!

Hokm.az sizlərə bu dəfə “Veteranlar” layihəsini təqdim edir. Veteranlar layihəsində uzun müddət dövlət və millətin qorunması uğruna gecəsini gündüzünə qatmış şəxslərin həyat hekayəsi və haqqında məlumatlar yer alacaq. Məqsədimiz dövlətmizin bütövlüyü və xalqımızın əmin amanlığı uğruna uzun müddət həyatı bahasına qoruduğu məmləkətimizin insanlarını oxucularımıza tanıtmaq.

Layihəmizin ilk veteran Cəlilov Məhərrəm Eyvaz oğludu. 3 May 1967 ci ildə Qərbi Azərbaycanın Göyçə mahali Basarkeçər rayonu Guney kəndin də dünyaya göz açıb.
Qərbi Azərbaycanda baş verən konfiliktlər vaxtı Cəlilov ailəsi ilə birlikdə Şəki şəhərinə köçərək orda məskunlaşıblar. Ailədə 4 qardaş 1 bacı olublar.
. Hərbi xidməti bitirdikdən sonra ata və anasının razılığı olmamasına baxmayaraq, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə yüzlərlə vətənpərvər oğullarımız kimi Cəlilov Məhərrəm də könülü olaraq Qarabağa yollanır.
Cəlilovun döyüş yolu 1992-1996-cı illər Ağdam və Tərtər cəbhəsindən keçir.
Döyüşdüyü Tərtər rayonundan evlənib. Ailəlidir: 2 oğlan övladı var. Hal-hazırda veteran olmağına baxmayaraq hər zaman qeyd edir ki, “Artıq yaşımın keçməsinə baxmayaraq, bu gün də əlimə silah alıb döyüşə getməyə hazıram!”
Silahlı Qüvvələrimizin 100 illiyi münasibətiylə veteranımız Məhərrəm Cəlilov veteran həmrəyliyi medalı və veteranlar təşkilatının 30-illik Yubiley medalı ilə təltif olunub.
Cəlilov və ailəsinə gələcək həyatında bol uğurlar arzulayırıq. Daima dövlətimizin keşiyinidə belə nümunəvi şəxslərin olması xalq olaraq qürur verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir