Sumqayıtda əsən güclü külək ağacı məktəblinin üzərinə aşırıb.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin Katec qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 2007-ci il təvəllüdlü Aysun Məcidova təhsil aldığı 9 saylı tam orta məktəbdən evə qayıdarkən güclü külək nəticəsində üzərinə ağac aşıb. O, xəsarət alıb.
A.Məcidova Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
![](https://report.az/storage/news/3b9565e643feb27667ff604891d3ea35/40289ddf-5866-438c-b237-160f39eb60df_640.jpg)
![](https://report.az/storage/news/3b9565e643feb27667ff604891d3ea35/81998eb7-c413-4dcd-aa88-009c255e37db_640.jpg?1543665655391)
![](https://report.az/storage/news/3b9565e643feb27667ff604891d3ea35/42a9aca3-2ccc-41d3-a11e-8a37d8dfcfaf_640.jpg?1543665749057)
![](https://report.az/storage/news/3b9565e643feb27667ff604891d3ea35/757556af-467c-4ffe-b8de-2b2d9dee6b57_640.jpg?1543665765372)