Ölkə

Bakıda möhtəşəm Zəfər paradı başladı – CANLI YAYIM

Azərbaycanın İkinci Qarabağ Müharibəsində qazandığı tarixi qələbəyə həsr olunmuş hərbi parad başlayıb.

Müzəffər Azərbaycan ordusunun 44 günlük zəfər yürüşünün məntiqi yekunu olan parad Bakının Azadlıq Meydanında keçirilir.

Zəfər paradını Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, iki ölkənin dövlət və hökumət üzvləri izləyir.

Paradda Azərbaycan ordusunun 3000 nəfərdən artıq şəxsi heyəti, 150-dək hərbi texnika, o cümlədən, silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də, hərbi gəmi və katerlər nümayiş etdirilir.

Vətən Müharibəsində müzəffər ordumuzun düşməndən qənimət kimi ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir