Müsahibə

Fuad Əsgərov: “Xaricdən gələn qonaqlar bizim vəziyyəti görəndə ürəkləri ağrıyır və inanmayaraq gülürlər”-Müsahibə

Sharing is caring!

Fuad Əsgərov : “Hemofiliyalı şəxslər əlil olmaya bilər. Əgər ….” – Müsahibə

“Hemofiliyalı şəxslər əlil olmaya bilər” bu sözləri Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov Xəbəral.az-a müsahibəsində bildirib.

Onun sözlərinə görə “Əgər Hemofiliyalı şəxslər zamanında və düzgün oynaqların bərpa olunma  mərhələsindən keçsələr yəni mütamadi olaraq reabilitasiya olunsalar nəticə etibarı ilə  hemofiliyanın yarada bildiyi fəsadlar aradan qalxa bilər”.

Hörmətli Fuad bəy mövzumuz hemofiliyadır. Və bildiyim qədəri ilə siz İrsi qan xəstəliyi olan hemofiliyadan əziyyət çəkirsiniz. Eyni zamanda illərdir ölkədə və dünyada irsi qan xəstəlikləri ilə mübarizədə böyük təcrübəniz var. Bu səbəbdən istərdim ki, ilk sualı belə qoyaq.

Hemofiliya xəstəliyi nədir? Əlamətləri  nələrdən ibarətdir?


Hemofiliya qanın laxtalanması üçün lazım olan laxtalanma amillərinin (qan faktoru) bədəndə kifayət qədər olmaması səbəbi ilə qanın normal şəkildə laxtalanmadığı nadir bir genetik xəstəlikdir. Hemofiliya xəstəliyi varsa bir yaralanmadan sonra insanın qanı yetərli dərəcədə laxtalanmadığı üçün qanama daha çox davam edər. Bir çox hallarda kiçik kəsiklərdə çox ciddi bir problem yarada bilir. Məslən adi diş çəkilməsi və yaxud dəri və ya əzələ parçalanması kimi. Problemin ən ciddi tərəfi isə laxtalanma faktorunda ciddi bir əksiklik varsa və hemofiliyalı şəxs oynaq travmaları alarsa (dizlərdə, ayaq biləklərində və dirsəklərdə) oynaq daxili və ya dəri altı qanamalar ortaya çıxır. Bu iç qanamalar insanın toxuma və orqanlarına yetərli qan getməməsi nəticəsində orqanlara zərər verə bilir və insanın həyatını təhlükə altına salır. Müalicə bədəndə əksik olan spesifik laxtalanma faktorunun lazım olduqda və ya davamlı olaraq xəstəyə verilməsi yolu edilir. Lakin bir çox hallarda bu geçikmiş yardım hesab olunur və şəxsin gələcəyi əlilliyə səbəb olur. Hazırda ölkəmizdə təqribən 1500-dən çox hemofiliya xəstəliyindən əziyyət çəkən şəxs var və onların böyük əksəriyyəti artıq əlildir. Yeni doğulan uşaqlarda isə bu hal azdır çünki hazırda ölkəmizdə hemofiliyalı şəxslərin qan tələbatı hesab olunan faktor konsertirantı yetərli qədərdir.

Hemofiliyalı şəxsləri əlillikdən qorumaq olar ?
Çox gözəl və vacib sualdır. Bəli! İlk öncə deyim ki, mən daxil olmaqla bütün hemofiliyalı insanlarda mütamadi oynaq daxili qanaxmalar olur və zamanla bu qan axmaların yaratdığı fəsadlar əlilliklə bir çox halda isə həyat bahasına başa gəlir. İndi ortaya bir sual çıxır. Necə edək ki, hemofiliyalı uşaq yeni yetmə və gəncləri əllikdən qoruyaq. Cavab çox sadədir. Oynaqlar mütamadi bərpa olunma mərhələsindən keçməlidir.

Amma harada və necə?
Bizim mərkəz M. Qasımov adına Respublika Kliniki Xəstəxanasında yerləşir. Xəstəxananın ikinci korpusunda Hematalogiya şöbəsi var və biz müalicəmizi orda alırıq. Şöbənin həkim heyəti sağ olsun bizim ailə üzvlərimiz kimi bizə dəyərlidir. Çünki ailədən çox bizim qayğımızı həmin insanlar çəkir. Amma şöbənin fəaliyyəti ilə bütün qayğılar bitmir. Bu xəstəlik sevgi və qayğı ilə müalicə olunmur. Bizim mütamadi zədələnən oynaqlarımızın reabilitasiyaya ehtiyacı var. Mən özüm son dəfə belə bir  müalicə nə zaman aldığmı unutmuşam. Açığı deyim xəstəxanadakı reabilitasiya sovetlərdən qalan köhnə avadanlıqlardır. Əminliklə deyə bilərəm ki, bu avadanlıqlar bir çox ölkələrdə muzeylərdə tarixi tibbi əşyalar kimi saxlanılır və insanlara nümaiş etdirilir. Təəssüf hissi ilə qeyd edirəm ki, biz hələ də həmin avadanlıqla bərpa olunuruq. Bizim müalicə prosesində üzgüçülükdən tutmuş idman hərəkətlərinə qədər aparılması vacib olan proseslər var. Amma biz bunu edə bilirik? Xeyr !


Bunun üçün hansı addımlar atılmalıdır?


Əslində bu istiqamətdə səhiyyəmizin apardığı siyasəti anlamaqda əziyyət çəkirəm. Məsələn oynaqları korlanmayan bir insanın müalicəsi dövlət büdcəsinə dəfələrlə az başa gəlir. Amma oynaqlarının vəziyyəti ağırlaşmış hemofiliyalı pasient daha çox vəsait və zaman tələb edir. Reabilitasiya mərkəzimiz olarsa eyni zamanda oynaqlarımızın bərpası zamanında və düzgün aparılarsa, genofondumuzu da qorumuş olarıq, büdcəmizə də qənaət edərik və sağlamda yaşayarıq. O, avadanlıqların qiyməti qəpik quruşdur amma verdiyi faydaya baxsaq insan həyatı qədər vacibdir.
“Xaricdən gələn qonaqlar bizim vəziyyəti görəndə ürəkləri ağrıyır və inanmayaraq gülürlər”.

Düşünürəm məsələni yetərli qədər dəqiq və şəffaf izah edə bildiniz.

Başqa nə demək istərdiniz ?


Mənim üçün son olmur. Davamlı fəaliyyət var. Çox istərdim bu mövzunu gündəmdə saxlayasınız və yüzlərlə insanın çağrısını aidiyyatı şəxslərə çatmasına vasitəçi olasınız. Bizim qayğılarımız çoxdur.

Hazırladı: Elcan Bakuvi

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir