Müharibə

DTX-nin rəisi Əli Nağıyev: “Rəsmi İrəvanı daha sıx əməkdaşlığa dəvət edirəm”

Sharing is caring!


Rəsmi İrəvanı əsir və girov götürülmüş vətəndaşlarla bağlı məsələlərdə daha sıx əməkdaşlığa dəvət edirəm”.

“Report”un xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Ümid edirik ki, dəqiq mina xəritələri, həmçinin itkin düşmüş şəxslərin sonrakı taleyi, onlara aid məzar yerləri barədə məlumatlar Ermənistan tərəfindən Azərbaycana təqdim ediləcək. Hər iki tərəfə aid itkin düşmüş şəxslərin meyit qalıqlarının tapılaraq eyniləşdirilmə aparılması uzun müddət mövcud olan humanitar böhranın aradan qaldırılmasına xidmət edərdi”, – deyə xidmət rəisi əlavə edib.

Ə.Nağıyev vurğulayıb ki, biz bu istiqamətdə hərtərəfli əməkdaşlığa hazırıq:

“Lakin ötən dövrdə bu sahədə biz Ermənistanın konstruktiv mövqe tutacağına ümid etsək də, gözləntilərimiz özünü tam doğrultmayıb. Bu konfransın yaratdığı imkanlardan istifadə edərək rəsmi İrəvanı əsir və girov götürülmüş vətəndaşlarla bağlı məsələlərdə daha sıx əməkdaşlığa dəvət edirəm”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir