Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının yeni seçilmiş Prezidenti Viola Amherdə təbrik məktubu ünvanlayıb. President.az xəbər verir ki, məktubda deyilir: “İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, qarşıdakı ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm. Biz Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında təşəkkül tapmış əlaqələrə böyük əhəmiyyət veririk. Dövlətlərarası münasibətlərimizin ötən dövr ərzində […]
Ermənistan tərəfinin dövlət sərhədi istiqamətində Qaragöl ətrafında Azərbaycan Ordusunun bölmələrinin guya təxribat törətməsi və bir hərbçimizin həlak olması barədə yaydığı məlumat yalandır. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Qarşı tərəf bu kimi yalan məlumatlarla törədəbiləcəyi diversiyalarına zəmin yaratmağa cəhd göstərir”, – məlumatda qeyd olunub.
2026-cı ildən İspaniya Qran-prisi paytaxtda keçiriləcək. Məlumata görə, yeni şəhər halqasının həm küçə, həm də qeyri-küçə hissəsi olacaq. Yarışı həftəsonunun hər bir günündə 110 min azarkeş tribunalardan izləyə biləcək. Mənbə: RİA novosti Xeberal.az