Media

Vətən sizə güvənir-Yasəmən Möhübbətqızının yazısı

Sharing is caring!

Samir Tanrıverdi oğlu Əsgərov, Cəmşid Naxçıvanskı adına Hərbi Liseyi seçərkən Vətənin müdafiəsi keşiyində dayanmağı qarşısına məqsəd qoymuşdu, Sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbini bitirdi və xidmətə başladı. 90 cı illərdə torpaqlarımız işğal olunduğu günlərdə Tovuz RPŞ də sahə müvəkkili işləyən polis leytenantı Tanrıverdi Əsgərov yuxarı sərhəd kəndlərindəki döyüşlərindən danışar, mühasirədən hansı yollarla çıxdığından danışarkən, Samirin erməni təcavüzkarlarına qarşı nifrəti artırdı.MN -nin təyin etdiyi Goranboy, Cəlilabad, Astara, Şəmkir,Beyləqan, Tovuzda N saylı hərbi hissələrdəki fəaliyyəti onun rütbələrini artırmaqda davam etmiş, Tovuz hadisələrində general Polad Həşimovla bir cəbhədə oldu, briqada komandirinin müavini olaraq düşmənə layiqli cavab verdi.

Samir də Tovuz döyüşündə yaralanaraq bir müddət Şəmkir qospitalında müalicə alsa da, 44 günlük mühsribə başlayan gündən Murovdağ cəbhəsində düşmənlə üzbəüz dayanmağa başladı. Murovun müdafiəsində əsgərlərinin qarlı -şaxtalı havada böyük tuh yükdəkliyi ilə dayandığını söyləyir. 3 oğul atası olan Samir ailədə də övladlarına ermənilərin işğalçı olduğunu təbliğ edərək ordumuzun qələbəsindən danışır ki , vəni sevməyi öyrənsinlər.Allah sizi qorusun İgid vətən oğlu, Vətən sizə güvənir, bu gün azad olan torpaqlarımızın hər qarışında qəhrəman oğulların tökülən qanı var. Yaşasın Azərbaycan!!
TORPAQ UĞRUNDA ÖLƏN VARSA, VƏTƏNDİR!
????QARABAĞ AZƏRBAYCANDIR!!????

Yasəmən Möhübbətqızı
“Dövlət və Qanun ” qəzetinin baş redaktoru. AJB-nin üzvü.
Beynəlxalq Sülh Səfiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.