Media

Dünyada koronavirusdan ölən jurnalistlərin sayı AÇIQLANDI

Sharing is caring!

Mart ayından bu yana dünyada koronavirusa yoluxma və ölüm saylarını şəffaf olaraq paylaşan 56 ölkədə 489 jurnalist COVİD-19-dan vəfat edib.

 

XəbərAl.az xəbər verir ki, bu barədə Qlobal Jurnalistlər Şurası məlumat yayıb.

 

Şura İsveçrənin Cenevrə şəhərində yerləşən qeyri-hökumət təşkilatı “Press Emblem Campaign”in məlumatlarını əsas götürərək qeyd edib ki, bəzi ölkələrdə jurnalistlərin ölümü barədə məlumat verilmədiyindən həqiqi rəqəmlər daha yüksəkdir.

 

Qeyd olunub ki, təkcə Türkiyədə 15 jurnalist koronavirusdan həyatını itirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir