MARAQLI

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

Sharing is caring!




“Neuralink” şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək “Telepathy” implantı ilə eksperiment üçün daha bir könüllü axtarır.

Oxu.Az-ın məlumatına görə, bu barədə amerikalı milyarder İlon Mask özünün “X” hesabında bildirib.

“Neuralink” ikinci iştirakçı üçün ərizələri qəbul edir. Bu, bizim kibernetik beyin implantı “Telepathy”dir. Onun sayəsində, sadəcə, düşünməklə telefonunu və kompüteri idarə etmək mümkün olacaq”, – deyə şirkətin rəhbəri qeyd edib.

Xatırladaq ki, Mask yanvar ayında ilk pasiyentə “Neuralink” implantı qoyulduğunu və onun özünü yaxşı hiss etdiyini açıqlamışdı. Könüllü, 29 yaşlı Nolan Arbo təxminən səkkiz il əvvəl qəza nəticəsində iflic olub; o, çiyinlərindən aşağını hiss etmir. İmplant qoyulduqdan bir müddət sonra Nolan notbukunun ekranında şahmat taxtasındakı kursoru düşüncə gücü ilə hərəkət etdirməyi, fiqurları yenidən düzməyi öyrəndi. Arbonun sözlərinə görə, o, kompüter oyunları da oynayır.

Qeyd edək ki, “Neuralink” neyrotexnologiya şirkəti görmə məhdudiyyətli insanlar üçün implant hazırlayır. “Blindsight” adlanacaq bu çip “Telepathy”dən sonrakı növbəti məhsulu olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir