MARAQLI

Alimlər Sakit okeanda yüzdən çox yeni canlı aşkar ediblər – FOTO

Sharing is caring!

Alimlər Sakit Okeanın dərinliklərində yüzə yaxın potensial yeni növ aşkar ediblər.

Mərcanabənzər bir heyvanın kəşfi bioloqları xüsusilə təəccübləndirib.

“Okeanı siyahıyaalma ekspedisiyası komandası fevral ayında üç həftə ərzində Yeni Zelandiya sahillərində 800 kilometr uzunluğunda olan və nadir hallarda tədqiq edilən Baunti çökəkliyini öyrənib”, – deyə materialda qeyd olunub.

Komandanın 4,8 min metrə qədər dərinlikdə təxminən 1,8 min nümunə topladığı bildirilir. Tədqiqatçılar yeni balıq, kalmar, molyusk və mərcan növləri kəşf ediblər. Mart ayı ərzində həqiqətən də yeni növlər kəşf edib-etmədiklərini yoxlamaq üçün tapıntılarını öyrənəcək və təsvir edəcəklər.

Qeyd olunub ki, bir tapıntı xüsusilə ekspedisiya üzvlərinin diqqətini çəkib. Bioloqlar əvvəlcə ulduz formalı canlının dəniz ulduzu və ya aktiniya olduğunu güman ediblər. Lakin tədqiqatçılar hələ də onun hansı orqanizm olduğunu müəyyən edə bilməyiblər.

Tədqiqatçıların fikrincə, hazırda 2,2 milyon növdən yalnız 240 mini elm tərəfindən təsvir edilib.

Mənbə: De Telegraaf

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir