MARAQLI

Türkiyədə toy mərasimi zamanı şadlıq sarayı alova büründü – VİDEO

Sharing is caring!


Türkiyənin Mersin şəhərində nikah mərasimi zamanı yanğın baş verib. Hadisə şadlıq sarayında olanlar arasında böyük təşvişə səbəb olub.

Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.

İlkin ehtimallara görə, yanğın soba borusundan başlayıb, nəticədə şadlıq sarayının tavanı yanıb. Ancaq xoşbəxtlikdən faciə yaşanmadan yanğın söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmadığı vurğulanıb.

Xatırladaq ki, İraqda toy mərasimində analoji hadisə zamanı 120 nəfər həlak olmuş, 200-dən artıq insan yaralanmışdı. Bununla əlaqədar ölkədə üç günlük matəm elan edilmişdi.

Mənbə: TRT Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir