MARAQLI

Heyvanlar aləmində pandemiyadan insan ölümləri artır

Sharing is caring!


Çinin şərqində quş qripindən insan ölümü qeydə alınıb.

Bu barədə Çin Mərkəzi Televiziyası Xəstəliklərə Nəzarət üzrə Dövlət Administrasiyasına istinadən məlumat yayıb.

Bildirilir ki, “H3N2” və “H10N5” ştamları ilə yoluxma nəticəsində yaranan fəsadlar nəticəsində Anxoy əyalətinin şərqindəki Syuançen şəhərindən olan 63 yaşlı qadın ölüb.

Məlumata görə, qadında xəstəliyin ilkin əlamətləri 2023-cü ilin noyabr ayının sonunda görünüb. O, yerli xəstəxanaya yerləşdirilib, daha sonra şərqdəki Çjetzyan əyalətindəki tibbi müəssisəyə köçürülüb, dekabrın 16-da isə ölüb.

Quş qripi – həzm və tənəffüs orqanlarına təsir edən və quşların ölümünə səbəb olan kəskin yoluxucu viral xəstəlikdir. Daşıyıcılar adətən vəhşi fərdlər olur. Bu xəstəliyin əksər ştamları insanlar üçün təhlükəli deyil. Bununla belə, WCS dəniz faunasının mühafizəsi təşkilatının məlumatına görə, H5N1 quş qripi virusunun variantları yeni genetik xüsusiyyətlər inkişaf etdirə bilər, bu isə virusun məməliləri yoluxdurmaq qabiliyyətini artırır. Ümumdünya Səhiyyə Təşkilatı bu gün müşahidə edilənləri heyvanlar aləmində baş verən pandemiya adlandırıb, həmçinin məməlilərdə yoluxmaların sayının artmasının insanlar üçün riskləri artırdığı barədə xəbərdarlıq edib.

Onu da xatırladaq ki, quş qripindən ilk insan ölümü də 2023-cü ilin mart ayında elə Çində qeydə alınıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir