MARAQLI

Karma və nizam-intizam ili: Numeroloq 2024-cü ilin Azərbaycan üçün necə olacağını açıqlayıb – FOTO

Sharing is caring!


Cəmi iki gün sonra 2024-cü il gəlir. Saturn planetinin idarə etdiyi Yeni il karma ili adlanır. Bu o deməkdir ki, hamımızı çox çətin günlər gözləyir. Ən azı, son üç ildə baş verənləri nəzərə alsaq, yeni ildə bizi nə gözlədiyinə dair məsələ aktuallaşıb.

2024-cü ilin numerologiya baxımından necə olacağı barədə Cənubi Qafqazda yeganə numeroloq olan Xəyal Məmmədov Media.Az-a müsahibəsində danışıb.

– Bəzi mənbələrdə bu ilin rəqəminin “8” olacağı qeyd olunur…

– Görünür, bunu deyənlər, sadəcə olaraq, gələn ili təşkil edən bütün rəqəmləri toplayıblar: 2+2+4. Əslində, numerologiyada hesablamalar bu şəkildə aparılmır. Bir il 12 aydan və ya 365 (366) gündən ibarətdir. Hər günün xüsusi bir enerjisi var. Ona görə də təkcə il deyil, tarix əsasında hesablama aparmaq lazımdır.

2024-cü ilə “4” rəqəmi cavabdehdir, “2”yə gəldikdə isə o, ortada yerləşən “0”ı sıfırlayır. “4” isə “süzgəc”, təmizlənmə, nizam-intizam və mütəşəkkillik simvoludur. Məhz o, yeni ilin simvoludur.

– Hansı sahələr “süzgəcdən keçiriləcək”?

– Bütün sahələr. Münasibətlər, siyasət, iqtisadiyyat…

– Siz nəyisə gizlədirsiniz – il pis olacaq, yoxsa yaxşı? Hansı günlər daha çox olacaq?

– Kimin üçün?

– Bəşəriyyət üçün…

– Bu, bütün bəşəriyyət üçün yaxşı il olmayacaq.

– Bəs Azərbaycan üçün?

– Ölkəmiz üçün il uğurlu olacaq.

– Bəs daha ətraflı?

– Mənfiliyin olmaması artıq müsbətdir. Onu deyə bilərəm ki, qarşıdan gələn ildən heç bir mənfi hal gözləmək lazım deyil.

– Bəs dünyada baş verən əsas hadisələr?

– Təəssüf ki, planet miqyasında yaxşı heç nə olmayacaq.

– Dəfələrlə demisiniz ki, 2029-cu ilə qədər bütün dünya “silkələnəcək”…

– Bəli, bu belədir. Dünyada çox şey dəyişəcək – biz bunu istəsək də, istəməsək də. Artıq qüvvələrin nisbəti dəyişməyə başlayıb və bu tendensiya yeni ildə də davam edəcək.

– Kimin xeyrinə?

– Hər bir ölkə üçün hesablamalar aparmaq lazımdır. Amma bu siyahıda dəqiq Türkiyə var. Qardaş ölkə əvvəlkindən də güclü olacaq. 2024, 2025 və 2026-cı illər qonşu dövlət üçün çox mühüm dövrdür. Bu dövr ərzində bir çox ölkələrdə vəziyyət onun qərarından asılı olacaq.

Amma əminliklə deyə bilərəm ki, bir çox ölkələrdə sakitlik olmayacaq. Xəstəliklər, müharibələr, münaqişələr… Ümumiyyətlə, dünyanın xəritəsi dəyişəcək.

– Bəs bu, Azərbaycana təsir edəcəkmi?

– Bizim ərazi bütövlüyümüz bərpa olunub. Bir şey dəyişsə, bu, yalnız bizim xeyrimizə olacaq.

– Sizdən Ukrayna və Rusiya haqqında soruşmaya bilmərəm…

– Təəssüf ki, yaxşı heç nə gözləməyə dəyməz. Müharibə 2025-ci ilə qədər davam edəcək. Güclərin balansı dəyişir, bu da bu müharibəyə təsir etməyə bilməz. Bu münaqişədə qalib və ya məğlub olmayacaq. Vəziyyət uzun illər ərzində dondurulmuş olaraq qalacaq.

– Bir dəfə demişdiniz ki, bu müharibəyə görə nüvə qarşıdurması riski yüksəkdir…

– Bu, doğrudur. Amma bu il belə bir təhlükə yoxdur. Amma sonrakı dövrdə bu məsələ aktuallaşa bilər. Ancaq qeyd etmək istəyirəm ki, dünyada çox şey yalnız 2029-cu ildə bəlli olacaq. 2030-cu ildən tez sülh və əmin-amanlığı gözləməyə dəyməz. 2029-cu ildə son nöqtə qoyulacaq.

– Yeni il bayramları ərəfəsində oxucularımıza nə arzu edə bilərsiniz?

– Əvvəlcə bu müsahibəni oxuyan bütün vətəndaşlara müraciət etmək istərdim. Müsahibənin altında şərh yazmaqdan əvvəl numerologiyanın nə olduğunu oxuyub öyrənin. Bu, ekstrasensor qavrayış deyil, görücülük deyil, falçılıq deyil… Mən həmişə konstruktiv tənqidə açığam, amma numerologiyadan heç nə başa düşməyən insanların təhqirinə deyil.

Bu məqamda mən bütün həmvətənləri qarşıdan gələn bayramlar – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edir, onlara cansağlığı və uğurlar arzulayıram!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir