MARAQLI

Türkiyəli və rusiyalı alimlərdən qorxulu xəstəliklə bağlı böyük elmi nailiyyət

Sharing is caring!


Rusiya, Moldova və Türkiyə alimləri ekzosomlardan istifadə etməklə siçanlarda dağınıq skleroz və psoriaz (dəri xəstəliyi) əlamətlərini yüngülləşdirə biliblər.

Bu barədə Rusiya Səhiyyə Nazirliyinin Seçenov Universitetinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilir ki, müxtəlif ölkələrdən olan alimlərin üçillik beynəlxalq layihəsi artıq başa çatır.

“Genişmiqyaslı tədqiqatın nəticələrinə görə, ekzosomlar (ölçüsü 30-100 nanometr olan, maddələri hüceyrədən hüceyrəyə daşıya bilən mikroskopik kisəciklər) siçanlarda dağınıq sklerozun və psoriaz xəstəliyinin təzahürlərini azaltmağa kömək edib”, – deyə məlumatda vurğulanıb.

Mətbuat Xidmətindən əlavə edilib ki, bu inkişaf sayəsində ekzosomlara əsaslanan preparat yaradıla bilər.

Qeyd edək ki, dağınıq skleroz ən ciddi autoimmun xəstəliklərdən biri olub, özünü baş və onurğa beyin liflərinin zədələnməsi ilə büruzə verir. Bu xəstəlik insanın tamamilə iflic olmasına gətirib çıxara bilər. Dağınıq skleroz həm də əqli qabiliyyətə və orqanizmin bütün sistemlərinə də öz təsirini göstərir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir