MARAQLI

“Baharın on yeddi anı” filminin aktrisası infarkt keçirdi: Acından ölmək üzrədir – FOTO

Sharing is caring!


“Baharın on yeddi anı” filminin aktrisası Natalya Drojjina infarkt keçirib. Xəstəliyin fəsadına görə aktrisa acından ölə bilər.

Bu barədə ona yaxın mənbələr bildiriblər.

Məlumata görə, aktrisanın infarktdan sonra üzü iflic olub. Bu səbəbdən o, demək olar ki, danışmağı dayandırıb və çətinliklə yemək yeyə bilir.

Hazırda Drojjinanın çəkisinin 41 kiloqrama düşdüyü deyilir. Aktrisa həmçinin nəfəs darlığı, başgicəllənmə və yorğunluqdan şikayətlənir.

Mütəxəssislər Drojjinanın nitqini və çeynəmə funksiyasını bərpa etməyə çalışıblar, lakin nəticəsiz olub.

Qeyd edək ki, sovet və Rusiya kino aktrisası, Rusiyanın əməkdar artisti Natalya Drojjina “Baharın on yeddi anı” filmində ofisiant rolu ilə tanınıb. Bundan başqa o, “İnterqız”,  “Böyük bacı”, “Balzaminovun evliliyi”, “Başsız atlı” və sair filmlərdə də rol alıb.

Mənbə: “Shot” “Telegram” kanalı 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir