MARAQLI

Zooparkdan qaçış: Ancaq bu dəfə Madaqaskarda deyil – VİDEO

Sharing is caring!


Sosial şəbəkələrdə küçədə dəvəquşu ilə motosikletli polisin “yarışının” görüntüləri yayılıb.

Məlumata görə, hadisə Çjençjou şəhərində baş verib.

Bildirilir ki, dəvəquşu zooparkdan qaçıb. Polis də onun təqibinə başlayıb. Ancaq “idman həvəskarı” quş asayiş keşikçisi ilə yarışa başlayıb.

Qeyd olunur ki, nəhayət, qaçaq ələ keçib və zooparka qaytarılıb.

Dəvəquşunun zooparkı necə tərk etməsi məlum deyil.

Görüntü sosial şəbəkələrdə viral olub. İstifadəçilər baş verənləri “DreamWorks Animation” studiyasının istehsalı olan və zooparkdan qaçan heyvanlardan bəhs edən məşhur cizgi filmi “Madaqaskar”dakı hadisələrə bənzədiblər.

Mənbə: REN.TV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir