MARAQLI

“X” sosial şəbəkəsi tanışlıq saytı olacaq?

Sharing is caring!


Milyarder İlon Mask “X” sosial şəbəkəsini tanışlıq saytına çevirməyi planlaşdırır.

Bu barədə “Business Insider” öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, oktyabrın 26-da “X”də Mask və şirkətin baş direktoru Linda Yakkarinonun iştirakı ilə videokonfrans keçirilib. Görüş zamanı biznesmen bildirib ki, “X” 2024-cü ildə tamhüquqlu tanışlıq saytına, eləcə də rəqəmsal banka çevriləcək.

Lakin Mask bunun necə baş verəcəyini dəqiqləşdirməyib.

Bundan əvvəl xəbər verilmişdi ki, Mask “X”də video və audiozənglər olacağını elan edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir