MARAQLI

Ed Şirandan tanımadığı cütlüyün toyunda xoş sürpriz – VİDEO

Sharing is caring!


Britaniyalı musiqiçi Ed Şiran Las-Veqasda (ABŞ) tanımadığı şəxslərin toyuna qatılmaqla bəylə gəlinə inanılmaz sürpriz edib.

Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.

Müğənni həmçinin onların qarşısında yeni mahnısı “Magical”ı ifa edib.

Məlumata görə, yeni evlənən cütlüklər Cordan və Karter Lindenfilddir.

Müğənninin gözlənilməz çıxışından sonra yeni evlənənlər nikah şəhadətnaməsinə imza atıblar. Ed Şiran da şahid kimi imza atıb. Daha sonra xoşbəxt cütlük və ifaçı xatirə şəkli çəkdiriblər.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir