MARAQLI

II Liqada maraqlı hadisə: Meydana şifer düşdü, oyunda fasilə yarandı – VİDEO

Sharing is caring!


Futbol üzrə Azərbaycan II Liqasının I turunun “Göygöl” – “Kürmük Qax” oyununda maraqlı hadisə baş verib.

Oxu.Az xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmanın əvvəlində meydançanın kənarına şifer düşüb.

Bu səbəbdən görüşdə fasilə yaranıb. Matçın baş hakimi Rəvan Həmzəzadə şifer oradan götürülənə qədər oyunu başlatmayıb. Fasilə iki dəqiqəyə yaxın çəkib.

Maraqlıdır ki, matçın canlı yayımına yansıyan görüntülərdə oyun zamanı meydanın kənarında iş görüldüyü müşahidə olunub.

Qeyd edək ki, ilk hissəsi gedən qarşılaşmada meydan sahibi 2:0 öndədir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir