MARAQLI

İspaniyada 10 minlərlə köçəri quş isti ölkələr əvəzinə zibilliklərə “köç etdi” – FOTO

Sharing is caring!


İspaniyanın cənubunda on minlərlə leylək, qara uçurtma və qarğa qışlamaq üçün Afrikaya uçmayıb. Əvəzində ölkədə qalaraq zibil poliqonunda qidalanmağa üstünlük verib.

Köçəri quşların bu qeyri-adi seçimi barədə ornitoloqlar məlumat veriblər.

“Birdlife” İspan Ornitoloji Cəmiyyəti (“SEO Birdlife”) Kadis şəhəri yaxınlığında, Los-Barrios bələdiyyəsi ərazisində yerləşən zibil poliqonunun yanında təxminən 37 min sabit leylək populyasiyası qeydə alıb. Bu poliqona isə Cəbəllütariq boğazı yaxınlığında yaşayan 400 min insanın tullantıları atılır.

Mütəxəssislərin sözlərinə görə, son vaxtlara qədər ağ leyləklər boğazı keçərək Afrikada qışlayırdılar. Zibilliklər böyüdükcə quşlar 3000 kilometrlik səyahəti məqsədəuyğun hesab etməyiblər və zibilliklərdə kifayət qədər qida tapa biləcəklərini düşünüblər.

“Quşlar tez-tez zibilliklərdə qidalanırlar, lakin biz gördüyümüz hal köç davranışında baş verən dəyişikliklərdir, xüsusən də ağ leyləklər üçün xarakterikdir”, – deyə “Birdlife SEO”nun nümayəndəsi Xesus Pinilya bildirib.

“Bununla belə zibilxanalarda qidalanan heyvanlar mikroplastiklər və ağır metal hissəciklərini udur, sonra isə bunu kənd təsərrüfatı ərazilərinə yayır və bu da məhsul yığımına mənfi təsir göstərir”, – deyə ekspert xəbərdarlıq edib.

Ornitoloqlar ehtimal edirlər ki, quşların davranışına istilik və uzun sürən quraqlıq da təsir edib.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir