MARAQLI

Nigeriya sakini ağlamaq üzrə dünya rekordunu qırmağa çalışdı, kor oldu – VİDEO

Sharing is caring!


Tembu Ebere adlı Nigeriya sakini “Ginnesin Rekordlar Kitabı”na düşmək üçün bir həftə ağlamaq qərarına gəlib.

Lakin işlər planlaşdırıldığı kimi getməyib, onun başı ağrımağa başlayıb və hətta müəyyən müddətə kor olub.

Sosial şəbəkədə “@237_towncryer” ləqəbi ilə tanınan Tembu Ebere 2 saat 7 dəqiqəni göstərən taymerin yanında başını tutaraq hönkürə-hönkürə ağladığını əks etdirən video çəkib.

“Mənə problemlərinizi göndərin, sizin əvəzinə mən ağlayacağam”, – deyə o, izləyicilərinə müraciət edib.

Tembu Eberenin bu cəhdi 5,3 milyondan çox baxış sayı toplayıb və pərəstişkarları onun səylərini alqışlayıblar. Lakin tezliklə onun vəziyyəti pisləşib, başağrısından əziyyət çəkməyə başlayıb, gözləri şişib. Məlumata görə, o hətta müvəqqəti olaraq – 45 dəqiqə ərzində kor olub.

“Mən bir az özümə gəlib ağlamağı azaltmalı oldum”, – deyə Tembu bildirib.

Onun müvəqqəti olaraq necə kor olduğu hələ dəqiq müəyyən edilməyib, lakin belə bir halın başağrısı və gözdaxili təzyiqin artması səbəbindən yarana biləcəyi bildirilib.

Bütün səylərinə baxmayaraq, Ebere “Ginnesin Rekordlar Kitabı”na rəsmi müraciət etməyib, ona görə də videonu sosial şəbəkədə yerləşdirsə də, onun bu cəhdi qəbul edilməyəcək.

Mənbə: Focus.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir