MARAQLI

Ramiz Məlikin qızı: “Dediyim sözləri dəyişdirib yazırlar”

Sharing is caring!


Xalq artisti, tanınmış aktyor Ramiz Məlikin vəziyyəti ağırdır.

Bu barədə Oxu.Az-a Xalq artistinin qızı məlumat verib.

Xatırladaq ki, Xalq artisti Ramiz Məlik ağır xəstəlikdən əziyyət çəkir. Müalicəsi davam edir.

Qızının sözlərinə görə, sənətkar ağır vəziyyətdədir:

“Mən məlumat vermək istəmirəm. Çünki dediyim sözləri dəyişdirib yazırlar. Artıq bezmişəm. Məni yalançı çıxarmağa çalışırlar. Adımın hallanmasını da istəmirəm. Xəstəliyi başqa yönlərə yozmağa ehtiyac yoxdur”.

O, atasının bir aydan çox bu vəziyyətdə olduğunu bildirib:

“Atamın səhhəti çox ağırdır. Evdə müalicə alır, xəstəxanada yox. Təxminən 1 aydan çoxdur ki, bu vəziyyətdədir”.

Qeyd edək ki, 79 yaşlı Xalq artisti uzun illərdir ki, Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir