MARAQLI

Mask ötən il verdiyi sözü yerinə yetirdi – FOTO

Sharing is caring!


“New York Times” (NYT) “Twitter” sosial şəbəkəsində “verifikasiya” işarəsini itirib. Səbəb nəşrin rəsmi hesabına görə ödəniş etməkdən imtinasıdır.

Hazırda 55 milyon abunəçisi olan NYT-nin səhifəsində “mavi işarə” yoxdur, bu da onu qeyri-rəsmi hesab kimi göstərir.

Qeyd edək ki, bir gün əvvəl NYT “Twitter” hesablarında “verifikasiya” nişanı üçün ödəniş etməyəcəyini, həmçinin işçilərinə “Twitter Blue” abunəlikləri üçün pul ödəməyəcəyini bəyan edib.

Bundan sonra İlon Mask NYT materiallarını maraqsız təbliğat adlandırıb.

Xatırladaq ki, ötən ilin oktyabr ayında Mask əvvəllər verilmiş “mavi işarələri” olan bütün hesabların nişanı itirəcəkləri barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, “verifikasiya” nişanları mənasız şəkildə verilib.

Mənbə: Zakon.kz

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir