MARAQLI

Türkiyədə donmuş şəlalə görənləri heyran qoydu – FOTO

Sharing is caring!

Türkiyədə hökm sürən şaxtalı və qarlı havanın təsiri ilə Bayburt şəhərində Sırakayalar şəlaləsi donub. Sosial şəbəkələrdə bununla əlaqədar görüntülər yayılıb.

Kadrlarda 20 dərəcə şaxta səbəbindən şəlalədə yaranan və uzunluğu 15 metri keçən sırsıralar əks olunub.

Qeyd edək ki, ekoturizm baxımından bölgənin əhəmiyyətli məkanları sırasında olan şəlalə şəhər mərkəzindən 16 kilometr aralıda yerləşir. Yaz-yay aylarında buz kimi soyuq suyu və təbii gözəllikləri ilə təbiətsevərləri qarşılayan Sırakayalar qışda da möhtəşəm görüntüsü ilə göz qamaşdırır.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir