MARAQLI

Mədəndə öyrəndiklərini tətbiq etdi: Ailəsi ilə dağıntılar altından xilas oldu – FOTO

Sharing is caring!

Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı adıyamanlı kişi mədəndə öyrəndikləri sayəsində ailəsini dağıntılar altından xilas edib.

Bu barədə danışan Müslüm Akbulutun sözlərinə görə, zəlzələ günü gecə növbəsində işləyib və evə gec qayıdıb. Yuxudan təkanlara görə ayılan kişi əvvəl çaşqınlığa düşüb, sonra özünü ələ alaraq ailə üzvləri ilə evdən qaçmağa çalışıb. Lakin yuxarı mərtəbədən düşərkən üzərində olduqları pilləkən çöküb. Onlar həmin hissədə qapalı qalıblar. Həmin vaxt böyük qorxu yaşadıqlarını deyən kişi sözlərinə belə davam edib:

“Böyük oğlum ayağının ilişdiyini dedi, birtəhər dağıntının o biri tərəfinə keçib ayağını çıxartdım, sağıma dönəndə kiçik bir işıq gördüm və mənim üçün bir ümid yarandı. Oğlumun ayağını çıxarandan sonra, səsləndim, anladım ki, uşaqların hamısı salamatdır. Bir parça beton götürdüm, işıq gələn yeri vuraraq dəliyi genişləndirməyə çalışdım. Bir adam keçəcək qədər genişlənəndən sonra uşaqlarımı bir-bir çıxartdım. Əvvəllər işlədiyim mədən sahəsindəki təcrübəmlə dəliyi genişləndirərək özümüzü xilas etdik”.

Leyla Akbulut zəlzələ baş verən vaxt yuxudan sərsəm ayıldıqlarını və nə edəcəklərini bilmədiklərini deyib. Onun sözlərinə görə, pilləkən çökəndə isə lap qorxublar, ancaq həyat yoldaşının təcrübəsi onları xilas edib:

“Yoldaşım orada bir işıq gördü və həmin yeri genişləndirməyə başladı. Qızım – “ana kürəyimə nəsə düşdü, gözüm görmür”, – dedi. Mən ona təsəlli üçün qan təzyiqindən belə olduğunu, qorxmamasını, yanında olduğumu dedim. Sonra yoldaşım bizim çıxmağımız üçün yer açdı, bütün uşaqlarımı, sonda da dağıntılar altında əzilən qızım Ezgini çıxartdı”.

Qeyd edək ki, bina çökərkən yaralanan Ezgi artıq Şanlıurfada əməliyyat olunub və müalicəsi orada davam edir.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir