MARAQLI

Məşhur muzeydə Kral III Çarlza qarşı “sui-qəsd cəhdi” olub – VİDEO

Sharing is caring!

Böyük Britaniya Kralı III Çarlza qarşı “sui-qəsd cəhdi” olub. Ancaq hücum özünə yox, “Madam Tüsso” muzeyindəki mum fiquruna qarşı olub.

Bu barədə aksiyanı həyata keçirən “Just Stop Oil” qrupunun fəalları özlərinin “Twitter” hesablarında məlumat veriblər.

Bildirilir ki, etirazçılar Kral III Çarlzın mum fiquruna şokoladlı tort atıblar. Bundan sonra şüarlar və çağırışlar səsləndirməyə başlayıblar. Qeyd olunur ki, bu yolla fəallar neft və qaz hasilatı üçün bütün yeni lisenziyaların və razılıqların dayandırılmasını tələb ediblər.

Mənbə: “Shot” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir