MARAQLI

Günəşdən 1,5 milyon kilometr uzunluğunda nəhəng odlu şleyf atıldı – FOTO/VİDEO

Sharing is caring!

Peşəkar astrofotoqraf Endryu Makkarti izləyicilərini yeni möhtəşəm kosmik görüntülərlə sevindirib.  Kadrlarda Günəşdən Yerə doğru tac kütləsinin atılması əks olunub.

Makkarti təqdim etdiyi görüntünün 6 saat ərzində çəkilmiş 100 minlərlə fotoşəkili bir araya gətirən kompozit təsvir olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Günəşdən ayrılan odlu plazma təxminən 161.000 km/saat sürətlə kosmosa atılıb.

“Bu indiyə qədər gördüyüm ən böyük tac kütləsinin atılması oldu. Onun uzunluğu, ehtimal ki, təxminən 1,5 milyon kilometr idi”, – deyə Makkarti qeyd edib.

Mənbə: Daily Mail

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir